Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiya - Ukrayna müharibəsi sona çatmaq üzrədir

Rusiya - Ukrayna müharibəsi sona çatmaq üzrədir

Tarix: 15 Iyul 2024 08:42

Ukrayna-Rusiya müharibəsinə son qoymaq üçün diplomatik həllə cəhd ediləcək və hazırda hər iki tərəf danışıqlara hazırlaşır.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə "Kiyev Post"a müsahibəsində Polşa Beynəlxalq Münasibətlər İnstitutunun Şərq proqramının rəhbəri Daniel Şeliqovski deyib.

"Fikrimcə, bu münaqişənin diplomatik yolla həllinə cəhd göstəriləcək. İndi biz danışıqlar ərəfəsindəyik, həm Ukrayna, həm də Rusiya hazırlaşır. Bu, əsasən ABŞ-da qarşıdan gələn prezident seçkiləri ilə bağlıdır. Hər iki tərəf müharibəni bitirmək vizyonunu dəstəkləyən beynəlxalq koalisiyalar qurur", - o bildirib.

Onun sözlərinə görə, hər iki tərəf yaxın gələcəkdə mövqelərini möhkəmləndirməyə çalışacaq.

Milli.Az


Etiketlər:  Rusiya Ukrayna müharibəsi sona çatmaq üzrədir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ