Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Alimlər darçından revmatoid artritə qarşı dərman hazırladılar

Alimlər darçından revmatoid artritə qarşı dərman hazırladılar

Tarix: 15 Iyul 2024 22:00

Alimlər revmatoid artritin müalicəsi üçün preparatın əsasını təşkil edə biləcək "sinnamaldehid" maddəsinin yeni formasını əldə ediblər.

Sonxeber.net medicina.az-a istinadən xəbər verir ki, araşdırmanın nəticələri "Advanced Healthcare Materials" jurnalında dərc olunub.

Araşdırmada bildirilir ki, iltihab immunitet sisteminin zədə və infeksiyaya reaksiyasıdır: "Həddindən artıq iltihab həyat və sağlamlıq üçün təhlükəlidir. Bu, revmatoid artrit və iltihablı bağırsaq xəstəliklərinin əsasını təşkil edir. İltihabın yaranması və saxlanması sitokinlərlə əlaqələndirilir. Daha əvvəl "sinnamaldehid"in sitokin istehsalını azalda biləcəyi göstərilmişdi".
Alimlər yeni tədqiqat zamanı "sinnamaldehid"in quruluşunu dəyişiblər. Bu, dərmanın həllediciliyini və stabilliyini artırmağa imkan verib. Dərmanı idarə etmək üçün nanohissəciklərdən istifadə edilib. Artrit və xoralı kolitdən əziyyət çəkən siçanlar üzərində aparılan təcrübələrdə nanohissəciklər iltihablı bölgələrdə toplanıb. Ancaq sağlam toxumalara mənfi təsir göstərməyiblər.

İndi elm adamları iltihabi xəstəlikləri olan insanlar üçün "sinnamaldehid" əsaslı dərmanın təsirli dozasını təyin etməyə çalışırlar.

Qeyd edək ki, "sinnamaldehid" darçına xarakterik xüsusiyyətləri verən kimyəvi birləşmənin adıdır. Darçın qabığından çıxarılan yağın 90%-dən çoxunu bu maddə təşkil edir.


Etiketlər:  Alimlər darçından revmatoid artritə qarşı dərman hazırladılar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ