Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Noyabr 2019 13:28
Bakı. Trend:
Yunanıstanın Krit adası yaxınlığında Rixter cədvəli ilə 5,8 bal gücündə zəlzələ baş verib.
Trend-in məlumatına görə, yeraltı təkanlar paytaxt Afinada da hiss olunub.
Hadisə nəticəsində hər hansı bir fəsad və ya itkilər barədə məlumat verilməyib.
Qeyd edək ki, ötən gün Albaniyada baş vermiş 6,4 bal gücündə zəlzələ nəticəsində 25 nəfər həlak olub.
Bundan başqa, ötən gün Balkan yarımadasında Bosniya və Herseqovinada da 5,8 bal gücündə zəlzələ olub.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin