Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yayda çay və kofe içərkən bunlara DİQQƏT EDİN

Yayda çay və kofe içərkən bunlara DİQQƏT EDİN

Tarix: 19 Iyul 2024 16:03

"Hər zaman olduğu kimi, yay aylarında da çay və kofedən həddindən artıq istifadə olunur".

Sonxeber.net bildirir ki,  bu sözləri sağlam qidalanma mütəxəssisi, Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri Məhsəti Hüseynova hit.az-a açıqlamasında deyib.

O, çayın insan orqanizminə olan faydalarından bəhs edib:

"Əslində çayın orqanizm üçün bir çox faydaları mövcuddur. Məsələn, tərkibində təbii kafeinin olması orqanizmdə enerjinin qısa müddətdə bərpa olunmasına gətirib çıxarır. Həmçinin, susuzluğu da yatırdır. Lakin mütləq şəkildə keyfiyyətli, mənşəyi bəlli olan və yaxşı dəmlənmiş çaydan içmək lazımdır. Paket çaylardan birmənalı şəkildə uzaq durmalıyıq". 

Ekspert çayla bağlı diqqət edilməli məsələlərə də aydınlıq gətirib:

"Ümumiyyətlə, çayı acqarına içməməyə də diqqət etməliyik. Bundan başqa, çayı yeməkdən dərhal sonra içmək olmaz. Arada ən azı yarım saat fasilə vermək lazımdır. Yeməkdən yarım saat sonra qəbul olunan çay həm orqanizm üçün faydalı olur, həm həzm prosesini sürətləndirir, həm də maddələr mübadiləsi yaxşılaşdırır". 

Mütəxəssis kofeni də bura aid edib:

"Acqarına kofe içilməsi də məsləhət deyil. Çünki kofe tərkibindəki kafein və digər maddələrin hesabına mədə turşuluğunun artmasına gətirib çıxarır. Bu isə acqarına çay və ya kofe içən insanlarda zamanla mədə şirəsinin turşuluğunun artmasına və mədədə yaraya səbəb ola bilir. Ona görə də bunlara diqqət etməliyik". 


Etiketlər:  Yayda çay kofe içərkən bunlara DİQQƏT EDİN


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ