Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Iyul 2024 19:12
Avqustun 1-də "Bakı Hərrac Mərkəzi" MMC-də ləğv prosesində olan "Muğan Bank" ASC-nin, avqustun 12-də isə ləğv prosesində olan "Bank Standard" QSC-nin və "AGBank" ASC-nin daşınmaz əmlaklarının satışı üzrə hərraclar keçiriləcək.
Sonxeber.net xəbər verir ki, bu barədə bankların ləğvedicisi - Əmanətlərin Sığortalanması Fondu məlumat yayıb.
Söhbət "Muğan Bank"a məxsus Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, 19 ünvanındakı dəyəri 70 min manat olan 198,62 kv.metrlik bağ evindən, eləcə də "Bank Standard"a məxsus Gəncə şəhəri, Nizami rayonu, Atatürk prospekti, 261 ünvanındakı dəyəri 450 min manat olan 197 kv.metrlik qeyri-yaşayış sahəsindən və "AGBank"a məxsus Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, ev 106 ünvanındakı dəyəri 300 min manat olan 320 kv.metrlik qeyri-yaşayış sahəsindən gedir.