Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Noyabr 2019 16:45
Bakı. Samir Əli - Trend:
Bakı Ağır Cinayətlər Məhkəməsində Suriyada qanunsuz silahlı birləşmələrin tərkibində döyüşməkdə təqsirləndirilən Əfqan Aslanov və Bilal İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Trend-in məlumatına görə, prosesdə hakim məhkəmə istintaqının yekunlaşdığını bildirib və çıxış üçün dövlət ittihamçısına söz verib. Prokuror çıxış üçün məhkəmədən vaxt istəyib.
Məhkəmə bu məqsədlə növbəti prosesi dekabrın 5-ə təyin edib.
İttihama görə, təqsirləndirilən şəxslər 2013-cü ildə Suriyada qanunsuz silahlı birləşmələrin tərkibinə qoşulub və təlimlərdə iştirak ediblər. Onlar 2019-cu ildə həbs ediliblər.
Təqsirləndirilən şəxslər Suriyaya getdiklərini etiraf edib, ancaq döyüş və təlimlərdə iştirak etmədikləri bildiriblər.
Onlar Cinayət Məcəlləsinin 218.2-ci (Cinayətkar birlikdə (təşkilatda), habelə mütəşəkkil dəstələrin təşkilatçılarının, rəhbərlərinin və ya sair nümayəndələrinin birliyində iştirak etmə) maddəsi ilə ittiham olunurlar.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin