Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qanda maqneziumun optimal səviyyədə olması demensiya riskini azaldır

Qanda maqneziumun optimal səviyyədə olması demensiya riskini azaldır

Tarix: 20 Iyul 2024 20:21

Massaçusets Louell Universitetinin alimləri optimal maqnezium səviyyələrinin demensiya inkişafının ən aşağı riski ilə əlaqələndirildiyini üzə çıxarıblar.

Sonxeber.net medicina.az-a istinadən xəbər verir ki, alimlər qanda maqneziumun optimal səviyyəsinin demensiyadan qoruya biləcəyini bildiriblər.

Onlar yetkinlərin idrak sağlamlığında maqneziumun rolunu araşdıran tədqiqatları sistematik olaraq nəzərdən keçiriblər.

Elm adamları, həmçinin qida və ya əlavələrdən alınan müxtəlif maqnezium formalarının koqnitiv bacarıqlara necə təsir etdiyini müəyyən etmək üçün seçilmiş elmi məqalələrin meta-analizini aparıblar.
Nəticədə müəyyən edilib ki, qanda bu mikroelementin səviyyəsinin optimal səviyyədə (0,085 mmol/litr) saxlanılması yaddaş itkisi və digər koqnitiv pozğunluqların ən aşağı ehtimalı ilə əlaqələndirilir.

Tədqiqatın nəticələri "Advances in Nutrition" jurnalında dərc olunub.


Etiketlər:  Qanda maqneziumun optimal səviyyədə olması demensiya riskini azaldır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ