Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Harris qalib gəlsə, III Dünya müharibəsi baş verəcək”

“Harris qalib gəlsə, III Dünya müharibəsi baş verəcək”

Tarix: 27 Iyul 2024 09:20

ABŞ prezidentliyinə namizəd Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşü zamanı demokrat Kamala Harrisin seçiləcəyi təqdirdə III Dünya müharibəsinin olacağını bildirib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "Fox News" məlumat yayıb.

Tramp Harrisin onunla müqayisədə Yaxın Şərqin problemlərini daha pis başa düşdüyünü deyib.

"II Dünya müharibəsindən sonra heç vaxt olmadığı qədər III Dünya müharibəsinə daha yaxınsınız. Biz heç vaxt bu qədər yaxın olmamışıq, çünki ölkəni səriştəsiz adamlarımız idarə edir", - o qeyd edib.

Milli.Az


Etiketlər:  Harris qalib gəlsə III Dünya müharibəsi baş verəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ