Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Əməkdar artistə vəzifə verildi

Əməkdar artistə vəzifə verildi

Tarix: 27 Iyul 2024 13:21

Qarabağ Universitetinə kafedra müdiri təyin olunub.

Sonxeber.net yenisabah.az-a istinadən xəbər verir ki, rektor Şahin Bayramovun müvafiq əmri ilə Səbuhi İbayev İncəsənət fakültəsinin Vokal kafedrasına müdir təyin olunub.

O, bakalavriat və magistratura səviyyələri üzrə təhsilini Milli Konservatoriyada alıb.

Bu təyinatadək Səbuhi İbayev Azərbaycan Milli Konservatoriyasının müəllimi, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti olub, həmçinin Asəf Zeynallı adına Musiqi Kolleci və Beynəlxalq Muğam Mərkəzində fəaliyyət göstərib.

Azərbaycan Respublikasının Əməkdar artisti olan Səbuhi İbayev, həmçinin Prezident mükafatçısıdır.


Etiketlər:  Əməkdar artistə vəzifə verildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ