Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Iyul 2024 21:50
Moskvanın Nikulinski Məhkəməsi beynəlxalq axtarışa verilmiş Azərbaycan vətəndaşını ekstradisiyası məqsədilə həbs edib.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.
Bildirilib ki, Elxan Musa oğlu İbrahimov haqda Azərbaycana ekstradisiyasını təmin etmək üçün 2024-cü il sentyabrın 2-dək 40 sutka müddətinə həbs qətimkan tədbiri seçilib.
Qeyd olunur ki, R.İbrahimov cinayətkar birlikdə, habelə Azərbaycan ərazisində qadağan olunmuş silahlı birləşmədə iştirak ittihamı ilə beynəlxalq axtarışa verilib.
Bəzi media orqanları İbrahimovun Əl-Qaidənin Suriyadakı qollarından birinə qoşulduğunu yazıb.