Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Prezident İlham Əliyevin sahibkarlığa və yerli istehsalata verdiyi dəstəyin nəticəsində biz Azərbaycanda müasir standartlara cavab verən fabrik ərsəyə gətirdik (VİDEO)

Prezident İlham Əliyevin sahibkarlığa və yerli istehsalata verdiyi dəstəyin nəticəsində biz Azərbaycanda müasir standartlara cavab verən fabrik ərsəyə gətirdik (VİDEO)

Tarix: 28 Noyabr 2019 11:27

Bakı. Trend:

Prezident İlham Əliyevin sahibkarlığa və yerli istehsalata verdiyi dəstəyin nəticəsində biz Azərbaycanda müasir standartlara cavab verən fabrik ərsəyə gətirdik.

Trend-in AZƏRTAC-a istinadən məlumatına görə, bu sözləri “Gardashlar Mebel” şirkətinin rəhbəri Əli Mirzəyev V Azərbaycan Dizayn Forumunda çıxış edərkən deyib. O, çıxışında bildirib ki, mebel istehsalçısının dizayn sahəsinə dəstək verməsi təsadüfi deyil:

“Gardashlar Mebel" olaraq biz məhz dizaynerlərin yaratdıqları layihələri qerçəkləşdiririk. Ölkə rəhbərimiz, Prezident İlham Əliyevin sahibkarlığa və yerli istehsalata verdiyi dəstəyin nəticəsində biz Azərbaycanda müasir standartlara cavab verən və ən son texnologiyalarla təchiz olunmuş fabrik ərsəyə gətirdik. Bir çox dizaynerlər hansısa mebelin modelini yaratmaq istəyərkən, müəyyən detalların xaricdən sifariş etmək məcburiyyətində olurlar, bu da işi həm çətinləşdirir, həm də prosesi yubadır. “Gardashlar Mebel” bu çətinlikləri aradan qaldırır. Biz istər dəmir, istərsə də taxtadan istənilən layihələri reallaşdırmaq iqtidarındayıq”.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Prezident İlham Əliyevin sahibkarlığa yerli istehsalata verdiyi dəstəyin nəticəsində Azərbaycanda müasir standartlara cavab verən fabrik ərsəyə gətirdik VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ