Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Iyul 2024 17:36
ABŞ-li milyarder və sahibkar İlon Mask bildirib ki, rəhbəri olduğu "Tesla" şirkəti 2025-ci ildə daxili istifadə üçün insanabənzər robotlar istehsal etməyə başlayacaq.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, İlon Mask bunu "OpenAI" süni intellekt şirkətinin keçmiş əməkdaşı Daniel Kokotailonun proqnozlarına münasibət bildirərkən qeyd edib.
"Tesla" gələn il daxili istifadə üçün insanabənzər robotlara sahib olacaq. 2026-cı ildə isə digər şirkətlər üçün kütləvi istehsalda insanabənzər robotlar hazırlayacaq", - deyə İlon Mask qeyd edib.