Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Gülnarə Xəlilovanın qədim Azərbaycan incəsənət nümünələri Kapadokya Moda və Mədəniyyət həftəsində təqdim olunacaq

Gülnarə Xəlilovanın qədim Azərbaycan incəsənət nümünələri Kapadokya Moda və Mədəniyyət həftəsində təqdim olunacaq

Tarix: 31 Iyul 2024 16:06

Qədim Azərbaycan incəsənət nümünələri dizayner Gülnarə Xəlilovanın əsərlərində avqustun 1-dən 4-dək Kapadokya Moda və Mədəniyyət həftəsi çərçivəsində təqdim olunacaq.

Qonaqlara Orta əsrlərin eskizlərini, xalça naxışlarını, Qarabağın motivlərini, Azərbaycanın rəmzi olan nar, qurama, ipək üzərində işləri əks etdirən iki "Miniatür" və "Cizgi" kolleksiyası təqdim olunacaq.

Gülnarə Xəlilova-Azərbaycan Milli geyim mərkəzinin rəhbəri, Avrasiya etnodizaynçılar Assosiasiyasının üzvü, sənətşünaslıq üzrə fəlsəfə doktorudur, "Cizgi" brendinin sahibi. Kolleksiyaları ABŞ, İngiltərə, İsveç, Avstriya, Rumıniya, Türkiyə, Rusiya, Çin, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Bolqarıstan, Norveç, Serbiya və digər ölkələrdə moda həftələrində və beynəlxalq tədbirlərdə uğurla nümayiş olunub.


Etiketlər:  Gülnarə Xəlilovanın qədim Azərbaycan incəsənət nümünələri Kapadokya Moda Mədəniyyət həftəsində təqdim olunacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ