Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İranda “qisas bayrağı” qaldırıldı - VİDEO

İranda “qisas bayrağı” qaldırıldı - VİDEO

Tarix: 31 Iyul 2024 16:40

İranın Qum şəhərindəki Cəmkəran məscidində qırmızı bayraq qaldırılıb.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, bayraq HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin qətlinin qisasını almaq əlaməti olaraq ucaldılıb.

Qeyd edək ki, sözügedən qırmızı bayraq öldürülən şəxsin qisasını almağa çağırışı simvollaşdırdığından "qisas bayrağı" adlandırılır.

Daha öncə qırmızı bayraq bu ilin yanvarında yüzdən çox insanın həlak olduğu Kirmanda qəbiristanlıqda baş verən partlayışlardan sonra, ondan əvvəl isə 2020-ci ilin yanvarında ABŞ-nin Bağdad hava limanı yaxınlığındakı hücumunda öldürülən İran İnqilab Keşikçiləri Ordusu Qüds Qüvvələrinin komandanı Qasım Süleymaninin öldürülməsindən sonra Cəmkəran məscidinin günbəzində asılıb.

Milli.Az


Etiketlər:  İranda qisas bayrağı qaldırıldı VİDEO


RƏYLƏR