Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Əli Əhmədov: Növbəti parlamentdə gənclərdən ibarət korpus formalaşacaq

Əli Əhmədov: Növbəti parlamentdə gənclərdən ibarət korpus formalaşacaq

Tarix: 28 Noyabr 2019 15:24

Bakı. Elçin Mehdiyev - Trend:

Növəbti parlament seçkilərində gənclərdən ibarət deputat korpusunun da formalaşması bizim diqqətimizdə olacaq. Trend-in məlumatına görə, Baş Nazirin müavini, Yeni Azərbaycan Partiyasının (YAP) Sədr müavini - İcra katibi Əli Əhmədov mətbuat konfransında deyib.

Ə.Əhmədov bildirib ki, söhbət parlamentə xalqı ən layiqlə təmsil edən insanların cəlb edilməsindən gedir:

“Çalışacağıq ki, parlamentə xalqı layiqincə təmsil edən gəncləri önə çəkək. Yeni azərbaycan Partiyasından nə qədər insanın parlamentdə təmsil olunması xalqın seçimindən asılı olacaq. Biz çalışacağıq vətəndaşları inandıraq ki, YAP üzvləri parlamentdə onları layiqincə təmsil edəcək”.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Əli Əhmədov Növbəti parlamentdə gənclərdən ibarət korpus formalaşacaq


RƏYLƏR