Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiya və Çin qrup şəklində vizasız səyahət qaydalarını yumşaltmaq niyyətindədir

Rusiya və Çin qrup şəklində vizasız səyahət qaydalarını yumşaltmaq niyyətindədir

Tarix: 2 Avqust 2024 08:12

Rusiya və Çin ilin sonuna qədər qrup şəklində vizasız gediş-gəliş qaydalarının yumşaldılması məsələsini müzakirə edirlər.

Sonxeber.net report.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyası İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

"Əsas dəyişikliklər turist qrupunun minimum tərkibini müəyyənləşdirir, onun beş nəfərdən üç nəfərə endirilməsi, həmçinin turist qrupunun qəbul edən dövlətin ərazisində qalma müddətinin 15 gündən 21 günə qədər artırılması təklif edilir. Dəyişikliklər 2024-cü ilin sonuna qədər qüvvəyə minə bilər", - məlumatda deyilir.

Qeyd olunub ki, Rusiya ilə Çin arasında qrup şəklində vizasız səyahət ilə mübadilə mexanizmi işə salınandan bu günə kimi 580 minə yaxın rusiyalı və çinli turist həmin turlardan yararlanıb.


Etiketlər:  Rusiya Çin qrup şəklində vizasız səyahət qaydalarını yumşaltmaq niyyətindədir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ