Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Vəziyyət pisləşir: Britaniya vətəndaşlarına çağırış etdi

Vəziyyət pisləşir: Britaniya vətəndaşlarına çağırış etdi

Tarix: 4 Avqust 2024 18:54

Böyük Britaniya Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarını İsraillə müharibə təhlükəsi fonunda istənilən reys üzrə Livanı tərk etməyə çağırıb.

Sonxeber.net axar.az-a istinadən bildirir ki, nazirliyin yaydığı açıqlamada britaniyalıların Livandan potensial çıxış yollarının artıq məhdud və ya bağlı ola biləcəyi qeyd edilib.

Bildirilib ki, vətəndaşlar hələ də mövcud olan hər hansı kommersiya uçuşlarından istifadə edərək ölkədən çıxmalıdırlar.

Böyük Britaniya xarici işlər naziri Devid Lemmi gərginliyin yüksək olduğunu və vəziyyətin sürətlə pisləşə biləcəyini deyib.

Qeyd edək ki, ABŞ, İtaliya, Kanada, Almaniya hökumətləri də öz vətəndaşlarını Livanı tərk etməyə çağırıb.


Etiketlər:  Vəziyyət pisləşir Britaniya vətəndaşlarına çağırış etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ