Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Avqust 2024 06:32
Rusiya Federasiya Şurasının senatoru Dmitri Savelyevin həbsinin detalları haqda məlumat yayılıb.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, TASS senator Savelyevin keçmiş biznes ortağı Sergey İonovun qətlinə görə həbs edildiyini bildirib.
Məlumata görə, İonov "Optomonitorinq" şirkətindən 1,6 milyon rubl mənimsəməkdə ittiham edilib və 2,5 il cəza alıb. Şirkətin təsisçisi isə Savelyev və oğullarıdır.
İonov dəymiş ziyanı qismən ödəyib. Buna baxmayaraq, Savelyev onu bağışlamayıb və türmədə öldürtmək qərarına gəlib. Senator onun qətli üçün 10 milyon rubl ödəyib - bu məbləğ İonovun mənimsədiyi məbləğdən (nəzərə alsaq ki, o, mənimsədiyi vəsaitin bir hissəsini qaytarıb) 10 dəfə çoxdur.
Qeyd edək ki, Savelyev həbs edilib və onun adı Rusiya Federasiyasının hakim Vahid Rusiya Partiyasının saytından silinib.