Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ofis masaları unitazdan da çirklidir - Araşdırma

Ofis masaları unitazdan da çirklidir - Araşdırma

Tarix: 5 Avqust 2024 20:54

Gündəlik istifadə etdiyimiz əşyalar içində ən çirklisi mobil telefon və ofis masasıdır.

Milli.Az medicina.az-a istinadən xəbər verir ki, Britaniya klininq agentliyi ofislərdə müxtəlif səthlərdən mikroflora nümunələri götürüblər: masadan, klaviaturadan, oturacaqdan, telefondan. Sonra onlar ən çirkli, mikroblu əşyalarla müqayisə edilib.

Kompüter klaviaturasında mətbəxdəki zibil qabında olan qədər bakteriya, kompüter siçanında, ofis masasında unitaz qapağından da 3 dəfə çox mikrob aşkarlanıb.

İş ondadır ki, ofis masası və klaviatura qarşısında insan 6-8 saat vaxt keçirir, orda yeyir, içir və bu masa və əşyalar gündəlik yaxşı təmizlənmir.

Ofis işçiləri gündə 2 dəfə öz masalarını xüsusi məhlulla dezinfeksiya etməli, əllərini də 3 saatdan bir yumalı, həmin masada yemək yeməməli, özlərini potensial infeksiyalardan qorumalıdır.

Milli.Az


Etiketlər:  Ofis masaları unitazdan çirklidir Araşdırma


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ