Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Avqust 2024 04:04
İlon Mask ikinci insana Neuralink beyin implantı yerləşdirildiyini açıqlayıb.
Sonxeber.net baku.ws-ə istinadən bildirir ki, X-ın sahibi yutuber Lex Friedmana verdiyi müsahibədə " İkinci implantla hər şey çox yaxşı gedir, o, çox yaxşı işləyir" deyib.
Qeyd edək ki, "Neuralink" startapı 2016-cı ilin iyulunda Mask tərəfindən yaradılıb və insan beyninə implantasiya edilə bilən çiplər hazırlayıb. O, hesab edir ki, bu cür neyron interfeyslər insana süni intellektə müqavimət göstərə bilən kiborqa çevrilməyə imkan verəcək, həm də insanlara düşüncə gücündən istifadə edərək kompüteri birbaşa idarə etməyi öyrənməyə kömək edəcək.
Yanvarın 28-də ilk dəfə Neuralink insan beyninə yerləşdirilib.