Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Avqust 2024 10:24
Venesuelada "X" sosial şəbəkəsinin fəaliyyəti 10 gün müddətinə dayandırılır.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Prezident Nikolas Maduronun təlimatı əsasında Milli Telekommunikasiya Komissiyası qərar qəbul edib.
N. Maduro bunu "X" sosial şəbəkəsinin bütün normaları pozması, nifrət və şiddət yayması ilə əlaqələndirib: "Elon Maskın sahibi olduğu "X" sosial şəbəkəsi bütün qanunları pozub. Bu ölkədə faşizm, vətəndaş müharibəsi, ölüm və nifrət yaymağa son qoyun artıq! Venesuelada qanunlar var və onlara hörmət olunmalıdır".
Xatırladaq ki, bir neçə gün əvvəl Türkiyədə instaqram sosial şəbəkəsi bloklanıb. Dövlət rəsmiləri bunu instaqramın qoyduğu qadağalar arasında yer alan çoxsaylı cinayət paylaşımları ilə bağlı şərtlərə əməl edilməməsi ilə əlaqələndiriblər.