Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Qarabağ” ötən il ən yaxşı seçilmiş qapıçını ALDI

“Qarabağ” ötən il ən yaxşı seçilmiş qapıçını ALDI

Tarix: 15 Avqust 2024 12:38

"Qarabağ" klubu növbəti transferini reallaşdırıb.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, bu barədə klubun mətbuat xidmətinə istinadən məlumat verir.

Qapıçı Mateuş Koxalski heyətə cəlb edilib.

Uzun sürən danışıqlar nəticəsində Polşa təmsilçisi "Stal Mielets"lə razılıq əldə olunub.

Klubumuzla 24 yaşlı polşalı qolkiper arasında 3+1 illik müqavilə imzalanıb. O, "Stal Mielets"in heyətində keçirdiyi ötən mövsümdə Polşa çempionatının ən yaxşı qapıçısı adına layiq görülüb.

Koxalski 2022-ci ilin yayından "Stal Mielets"in şərəfini qoruyub. O, bunadək "Legionoviya Legionovo", "Radomyak Radom" və "Legiya Varşava"da forma geyinib.

Qeyd edək ki, klubumuzun yeni qapıçısı bu ilin iyununda Polşanın əsas millisinin AVRO-2024-ə hazırlıq prosesinə dəvət alıb və təlim-məşq toplanışında iştirak edib. O, bunadək U-16, U-17, U-18 və U-19 milli komandalarında da çıxış edib.

Milli.Az


Etiketlər:  Qarabağ ötən yaxşı seçilmiş qapıçını ALDI


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ