Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Avqust 2024 19:27
Alimlər müəyyən ediblər ki, şərab ən təhlükəsiz spirtli içki hesab olunur.
Sonxeber.net publika.az-a istinadən xəbər verir ki, alimlərin araşdırmalarına görə, şərab içməyə üstünlük verənlər digər spirtli içkilərə üstünlük verənlərlə müqayisədə onkoloji xəstəliklər riskinə daha az həssasdırlar.
135 000-dən çox insanın sağlamlıq məlumatlarının təhlili göstərib ki, 60 yaşdan yuxarı kişilər üçün iyirmi qrama qədər spirt, etanol, qadınlar üçün on qrama qədər etanol istehlakı onkoloji xəstəliyə tutulma ehtimalını artırır.
Gündəlik 10-20 qram etil spirti istehlakı da qocalıqda onkoloji xəstəliyə tutulma ehtimalını artırır. Şərab içməyi seçənlərin qocalıqda onkoloji xəstəliyə tutulma ehtimalı daha az olur. Alimlər hazırda şərabın hansı xüsusiyyətlərinin belə nəticələrə səbəb olduğunu araşdırırlar.