Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiya qadağan etdi: İndi ''Paşinyak''ı Makrona göndərin!

Rusiya qadağan etdi: İndi ''Paşinyak''ı Makrona göndərin!

Tarix: 20 Avqust 2024 21:30

Əslində bu, erməni konyakının Rusiyaya tədarükünün qadağan edilməsi deməkdir.

Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu sözləri rusiyalı ekspert İqor Korotçenko Rusiya tədarük edilən Ermənistan konyakının tərkibində yararsız maddələrin aşkar edilməsi ilə bağlı rəsmi məlumatı şərh edərkən qeyd edib.

"İndi erməni konyakını Fransaya - dost Makrona və digər AB ölkələrinə tədarük edə bilərsiniz. Hətta yeni brendin adı da var - "Paşinyak", - Korotçenko bildirib.

Qeyd edək ki, "Antikotrafakt" Beynəlxalq Assosiasiyası və Konyak İstehsalçıları İttifaqı Ermənistanda emal edilən 20 ticarət markasından götürülən 200 adda məhsulun analizləri nəticəsini bəyan edib. Müəyyən edilib ki, onların yarısında spirtli içki istehsalı üçün yararsız məhsullardan istifadə edilib, 177 markanın istehsalında isə texniki göstəricilərə əməl olunmayıb.

Bununla əlaqədar Saxtakarlığa qarşı Mübarizə Assosiasiyası Ermənistandan alkoqollu məhsulların idxalına nəzarətin gücləndirilməsi və dövriyyəsinin məhdudlaşdırılması xahişi ilə Baş Prokurorluğa müraciət edib.


Etiketlər:  Rusiya qadağan etdi İndi Paşinyakı Makrona göndərin


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ