Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Avqust 2024 06:24
Radikal "Taliban" hərəkatının Əfqanıstanın müvəqqəti hökumətində yaratdığı Şərin Qarşısının Alınması və Fəzilətin Təbliği Nazirliyi saqqal uzatmaq əmrinə tabe olmayan və bununla da "İslam qanunları"nı pozan 280-dən çox polis əməkdaşını xidmətdən uzaqlaşdırıb.
Sonxeber.net report.az-a istinadən xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Qeyd olunub ki, ölkədə "İslam qanunları"na və əfqan adət-ənənələrinə əməl olunması uğrunda aparılan "mübarizə" çərçivəsində 2023-cü ildə ölkədə "qeyri-etik hərəkətlərə" görə 13 mindən çox insan saxlanılıb, onların yarıdan çoxu məhkəmə qarşısına çıxarılıb.
Bundan əlavə, 21328 musiqi aləti məhv edilib, yerli bazarlarda çəkilişləri həyata keçirilən "qeyri-etik və yolverilməz" filmlərin satışı dayandırılıb.