Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türkiyədə dəhşətli qətlin görüntüləri ortaya çıxdı - ANBAAN VİDEO

Türkiyədə dəhşətli qətlin görüntüləri ortaya çıxdı - ANBAAN VİDEO

Tarix: 22 Avqust 2024 14:44

Türkiyənin Kayseri vilayətinin Melikqazi rayonunda baş verən dəhşətli qətl hadisəsinin təhlükəsizlik kamerası tərəfindən qeydə alınan görüntüləri ortaya çıxıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, 3 mart tarixində Melikqazi rayonunun Şirintepe rayonunda aralarında əvvəlcədən düşmənçilik olduğu iddia edilən Yener K. adlı şəxs ilə qaynı Serkan Temel arasında mübahisə yaranıb. Serkan Temel marketdən çıxan Yener K.-nın qarşısını kəsib və ona hücum edərək döyməyə başlayıb. Dönüb gedərkən Yener K. belindəki tapançanı çıxarıb və Temelə atəş açıb. Daha sonra isə maşını ilə Serkan Temelin üzərindən keçib və hadisə yerindən qaçıb.

Sağlamlıq qrupları tərəfindən edilən müayinədən sonra Temelin həyatını itirdiyi məlum olub.

Yener K. polis qrupları tərəfindən qısa müddətdə tutularaq saxlanılıb.

Milli.Az


Etiketlər:  Türkiyədə dəhşətli qətlin görüntüləri ortaya çıxdı ANBAAN VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ