Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Mərkəzi Bankın 4 departamentinə direktorlar təyin edildi

Mərkəzi Bankın 4 departamentinə direktorlar təyin edildi

Tarix: 22 Avqust 2024 15:56

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov qurumun 4 departamentinə direktorlar təyin edib.

Milli.Az xəbər verir ki, sədr bununla bağlı müvafiq qərarlar imzalayıb.

Qərarlara əsasən, Sadiq Axundov İT əməliyyatları departamentinə, Elnur Ağayev Xəzinə departamentinə, Fətullah Ələkbərov Nağd Pul departamentinə, Fuad Səbziyev isə Ödəniş sistemləri və hesablaşmalar departamentininə direktor təyin olunub.

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Fərid Tofiq oğlu Osmanov vəzifəsindən ayrılıb.

Milli.Az


Etiketlər:  Mərkəzi Bankın departamentinə direktorlar təyin edildi


RƏYLƏR