Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Avqust 2024 11:34
Rusiyada musiqiçiləri daşıyan An-2 təyyarəsi Yakutiyada meşəyə sərt eniş edib. Təyyarə düz ağacların üstünə enib.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, məlumatı "Baza" Teleqram kanalı yayıb.
Bildirilir ki, təyyarənin göyərtəsində 3 ekipaj üzvü və "Monaco Jam" qrupunun 8 üzvü olub. An-2 mühərrikində nasazlıq səbəbindən Ust-Mayski bölgəsində sərt eniş edib. Sərnişinlərdən və ekipaj üzvlərindən heç kim xəsarət almayıb.
Musiqiçilər qızıl mədənçiləri üçün korporativ tədbirdən qayıdırmış.