Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Litium-ion batareyaların tutumunu iki dəfə artıracaq yeni bir istehsal üsulu ixtira edilib

Litium-ion batareyaların tutumunu iki dəfə artıracaq yeni bir istehsal üsulu ixtira edilib

Tarix: 29 Noyabr 2019 16:12

Avstraliyanın Deakin Sərhəd Materialları İnstitutunun alimləri tərəfindən təqdim edilmiş texnologiya litium-ion akkumulyatorların tutumunu xeyli artırmağa imkan verir. Maraqlıdır ki, istehsal elektrolitlərin yaradılması üçün sənaye polimerlərindən istifadəni nəzərdə tutur.

 

“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, müasir litium-ion akkumulyatorların istehsalında əksər hallarda maye həlledicilərdən istifadə olunur ki, bu da bir tərəfdən səmərəli, digər tərəfdən təhlükəlidir. Avstraliyalı alimlər alternativ bərk elektrolitdən istifadə etməyi təklif ediblər.

 

Yeni texnologiyanın tətbiqi akkumulyatorları daha təhlükəsiz etməklə yanaşı, həm də batareyaların tutumunu 2 dəfə artırmağa imkan verir.

 

Emil Hüseynov




Etiketlər:  Litium ion batareyaların tutumunu iki dəfə artıracaq yeni bir istehsal üsulu ixtira edilib


RƏYLƏR