Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Avqust 2024 22:04
Sabah Gürcüstanın Konstitusiya Məhkəməsi prezidentin və müxalifətin "Xarici agentlər haqqında" qanuna qarşı iddialarına baxmağa başlayacaq.
Sonxeber.net report.az-a istinadən xəbər verir ki, bu barədə məhkəmənin mətbuat xidməti xəbər verir.
İclas yerli vaxtla saat 11:00-a təyin edilib.
Xatırladaq ki, Gürcüstan Konstitusiya Məhkəməsində qanunun ləğvi tələbi ilə dörd iddia qaldırılıb. Bunu Prezident Salome Zurabişvili, Gürcüstanın 121 QHT-si, müxalifətdən olan 38 parlament üzvü və jurnalistlər ediblər.