Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Avqust 2024 13:45
"İndi vəziyyətim yaxşıdır. Səhhətim yavaş-yavaş qaydasına düşür".
Sonxeber.net xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru, Əməkdar artist Yadigar Muradov deyib.
Direktor müayinə və müalicələrinin davam etdiyini vurğulayıb:
"İki dəfə analiz verdim, şükürlər olsun ki, yaxşı çıxıb. Məni bir az incidən səsimdir. O da getdi... Neynəyim, qismət belə imiş. Əsas odur ki, canım sağ olsun".
Yadigar Muradov yeni teatr mövsümünə hazırlaşdığını diqqətə çatdırıb:
"Qarşıdan yeni teatr mövsümü gəlir. Bir neçə gündən sonra işə çıxacağıq. Qarşıda çoxlu planlarımız var".
Qeyd edək ki, Əməkdar artist Yadigar Muradov xərçəng xəstəliyindən əziyyət çəkir.