Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Noyabr 2019 18:00
Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunda "Napoli" ilə matçda (1:1) zədələnən "Liverpul"un futbolçusu Fabinyonun son durumu müəyyənləşib.
Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, tibbi müayinədən keçən braziliyalı yarımmüdafiəçinin ilin sonuna kimi oynamayacağı bildirilib.
Qeyd edək ki, Fabinyo "Napoli" ilə görüşün 18-ci dəqiqəsində zədələnərək Veynaldumla məcburi əvəzlənmişdi.
Əlavə edək ki, 26 yaşlı futbolçu bu mövsüm İngiltərə Premyer Liqasında 13 matçda 1 qol vurub, 1 qolun ötürməsini verib.