Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bülbül Vokal Məktəbi yeni tələbələrini seçdi - FOTO

Bülbül Vokal Məktəbi yeni tələbələrini seçdi - FOTO

Tarix: 30 Avqust 2024 13:45

Azərbaycan professional vokal sənətinin banisi, SSRİ Xalq artisti Bülbülün ənənələrini davam etdirən Bülbül Vokal Məktəbi yeni tələbələrin seçimini edib.  

Əməkdar artist Ramil Qasımovun yaratdığı məktəbdə təhsil almaq üçün müraciət etmiş 367 nəfərdən 35-i növbəti mərhələyə buraxılıb. Dinləmə zamanı yeni tədris ili üçün 11 tələbə seçilib. 

Bülbül Vokal Məktəbinin növbəti tədris ili üçün elan etdiyi müsabiqəyə Azərbaycanın müxtəlif bölgələrindən (Gəncə, Zaqatala, Mingəçevir, Şəki) iştirakçılar müraciət edib.

Qeyd edək ki, artıq bir ildir ödənişsiz əsaslarla fəaliyyət göstərən məktəbin tələbələri bir sıra konsert proqramlarında, festivallarda çıxış ediblər. Həmçinin məktəbdə təhsil alan Ərşad Heydərov, Nəzrin Mansırlı (Azərbaycan Milli Konservatoriyası, milli vokal), Atilla Məmmədov(Bakı Musiqi Akademiyası, akademik vokal) bu il tələbə adını qazanıblar.


Etiketlər:  Bülbül Vokal Məktəbi yeni tələbələrini seçdi FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ