Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Avqust 2024 01:03
Balıq yemək klimaksı gecikdirir.
Sonxeber.net olke.az-a istinadla bildirir ki, bununla bağlı elmi tədqiqatlar aparılıb.
Araşdırmalar sübuta yetirib ki, yağlı balıq yeyən qadınlar klimaks dövrünə daha gec başlayır.
Türkiyəli qidalanma və pəhriz mütəxəssisi Ezgi Hazal Çelik bildirib ki, omeqa-3 yağ turşuları iltihab əleyhinə təsir göstərir:
"Gündə 900 mq omeqa-3 istehlakının bədən kütlə indeksini, qarın yağını, qan təzyiqini, serum trigliserid səviyyəsini və insulin müqavimətini əhəmiyyətli dərəcədə azaltdığı bildirilir. Klimaksdan əvvəl və sonra pəhrizdə yağlı balıq istehlakının artırılması da qarın bölgəsində yağ artımının yaratdığı digər xəstəliklərin riskini azaltmaq üçün çox vacibdir" - o söyləyib.