Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ötən gün 2 nəfərin ölümü ilə nəticələnmış yanğınla bağlı RƏSMİ

Ötən gün 2 nəfərin ölümü ilə nəticələnmış yanğınla bağlı RƏSMİ

Tarix: 30 Noyabr 2019 11:45

Bakı. Samir Əli - Trend:

Ötən gün Suraxanı rayonunda baş vermiş yanğınla bağlı Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və Baş Prokurorluğun Mətbuat xidmətləri məlumat yayıb.

Trend-in məlumatına görə, məlumatda qeyd edilir ki, noyabrın 29-da saat 19 radələrində paytaxtın Suraxanı rayonu, Bül-Bülə qəsəbəsi, Aşurbəyovlar küçəsi 8 saylı ünvanda yerləşən yaşayış binasının 25-ci mənzilində yanğın baş verməsi nəticəsində 2014-cü il təvəllüdlü Ruqayyə Əlizadə və 2016-cı il təvəllüdlü İsmayıl Əlizadənin tüstüdən boğularaq vəfat etmələri faktı ilə bağlı məlumat daxil olmuşdur.

Dərhal Fövqəladə Hallar Nazirliyinin canlı qüvvə və texnikası təcili olaraq hadisə yerinə cəlb edilməklə yanğının qarşısı alınmış, onun genişlənməsinə və binanın digər mənzillərinə keçməsinə imkan verilməmişdir.

Hadisə yerinə polis, prokurorluq, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin eksperti və hal şahidlərinin iştirakları ilə baxış keçirilmişdir.

Faktla bağlı Bakı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü (səhlənkarlıq, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanmışdır.

İş üzrə məhkəmə-tibb, məhkəmə-yanğın və texnoloji partlayışların tədqiqi ekspertizaları təyin olunmuş, şahidlər dindirilmiş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilmişdir.

İlkin istintaqla müəyyən edilmişdir ki, həmin evdə 2 ildən artıq müddətdə həyat yoldaşı ilə kirayədə yaşayan 1993-cü ildə Bərdə rayonunda anadan olmuş Könül Əliyeva övladları - Ruqayyə və Anar Əlizadəni mənzildə tək qoyaraq qapını çöldən bağlayıb saat 18 radələrində mağazaya getmiş və evə qayıdaraq qapını açarkən qatı tüstü olduğunu görmüşdür. Azyaşlılar qonşuların köməkliyi ilə çıxarıldıqdan sonra yanğın baş vermiş və dərhal xəstəxanaya aparılmalarına baxmayaraq hər ikisi vəfat etmişdir.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Ötən gün nəfərin ölümü ilə nəticələnmış yanğınla bağlı RƏSMİ


RƏYLƏR