Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''İnstagram''dan möhtəşəm yenilik - FOTO

''İnstagram''dan möhtəşəm yenilik - FOTO

Tarix: 5 Sentyabr 2024 16:16

"Instagram" sosial şəbəkəsi "hekayə" bölməsində müvəqqəti paylaşımlara şərh yazmaq imkanı əlavə edib.

Sonxeber.net bildirir ki, oxu.az-ın verdiyi məlumata görə, bu barədə "The Verge" xəbər yayıb.

Əvvəllər, əgər istifadəçi "hekayə"yə cavab verirdisə, "Instagram" bunu yalnız məzmunu paylaşan şəxsə görünən şəxsi mesaj kimi göndərirdi.

Məlumata görə, yenilikdən sonra "hekayə"yə hər kəsə açıq şərh yaza bilərlər, ancaq bu yalnız postun müəllifini izləyənlər və müəllifin abunə olduğu insanlar üçün əlçatan olacaq.

"Hekayə"lər kimi, şərhlər də müvəqqətidir və 24 saata qədər davam edəcək. İstifadəçilər paylaşdıqları hər hansı bir "hekayə" üçün şərhləri aktivləşdirmək və ya söndürmək imkanına malik olacaqlar.

Hekayə postunun müddəti bitdikdən sonra şərhlərin arxivləşdirilib-arxivləşdirilməyəcəyi açıqlanmayıb.


Etiketlər:  İnstagramdan möhtəşəm yenilik FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ