Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“İnanıram ki, “Qəbələ” yaşayacaq” - Elmar Baxşıyev

“İnanıram ki, “Qəbələ” yaşayacaq” - Elmar Baxşıyev

Tarix: 30 Noyabr 2019 17:44

"Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev Premyer Liqanın XIII turunda evdə "Zirə"yə 3:0 hesabı ilə qalib gəldikləri oyundan sonra keçirilən mətbuat konfransında qarşılaşma ilə bağlı fikirlərini bölüşüb.

Qol.az sportinfo.az-a istinadən yazır ki, gənc mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb.

- Bilirdik ki, bizi çətin oyun gözləyir. Komandanı buna uyğun hazırlayırdıq. "Zirə" yaxşı futbolçulardan ibarət komandadır. Ona görə də ilk dəqiqələrdən məzmunlu oynamağa və konsentrasiyanı itirməməyə çalışdıq. Komandamın oyunundan razıyam. Çatışmazlıqları görürük. Hər məşqdə bunun üzərində işləyib, daha yaxşısını etməyə çalışırıq.

- Bu gün komandanız çox ağıllı oynadı. Halbuki əvvəlki turda "Neftçi"yə böyük hesabla uduzmuşduz. "Qəbələ" niyə qeyri-sabit oyun göstərir?

- Düz, vurğuladız. Sabitlik çatmır. Komandamız çox gəncdir. Akademiyanın yetirmələrindən qurulmuş kollektivdir. Getdikcə stabillik problemi də aradan qalxacaq. Zamana ehtiyacımız var. Özünüz də görürsüz ki, "Qəbələ" getdikcə daha məzmunlu oyun göstərir.

- İbrahim Niasse bu gün çox parlaq oyun göstərdi. Meydanda əsl lider təəssüratı bağışladı. Onun çıxışı ilə bağlı da fikirlərinizi bilmək istərdim...

- Kənardan görünə bilər ki, Niasse komandaya yeni gəlib. Əslində isə o, öz evinə qayıdıb. Burda yaxşı dönəm keçirib. Onun gəlməyini şəxsən mən rəhbərlikdən xahiş etdim. Bəli, Niasse yaxşı oyun göstərdi. Amma bundan da yaxşısını edə biləcək futbolçudur. İnanırıq ki, komandaya daha da faydalı olacaq.

- Volkovun qışda komandadan ayrılacağı deyilir...

- Mətbuatda bu cür xəbərlər yayılır. Amma özü burada qalmaq istəyir. "Qəbələ"də özünü xoşbəxt hiss edir. Mənə deyib ki, birinci "Qəbələ" rəhbərliyi ilə danışacaq. Deyir ki, şərtlər ona uyğun olsa, burada qalacaq.

- Klubdakı sıxıntılar psixoloji cəhətdən futbolçulara necə təsir edir?

- Bunun bizə təsiri yoxdur. Bizim işimiz komandadır, meydançadır. Üzərimizə nə düşürsə, onu etməyə çalışırıq. O ki qaldı yeni sponsor məsələsinə, inanıram ki, bu klub yaşayacaq, futbolsevərlərimizi öz oyunu ilə daha da sevindirəcək və əvvəlki uğurlarını təkrarlayacaq.

 


Etiketlər:  İnanıram ki Qəbələ yaşayacaq Elmar Baxşıyev


RƏYLƏR