Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İranda kömür mədənində partlayış baş verib, 51 nəfər ölüb - Yenilənib - VİDEO

İranda kömür mədənində partlayış baş verib, 51 nəfər ölüb - Yenilənib - VİDEO

Tarix: 22 Sentyabr 2024 13:56

13:53

İranın Cənubi Xorasan ostanındakı Təbas kömür mədənində qaz partlayışında ən azı 51 nəfər ölüb.

APA-nın xəbərinə görə, bu barədə "Mehr" məlumat yayıb.

Qeyd edilib ki, 17 nəfər yaralanıb.

-----------
09:58

İranın Cənubi Xorasan vilayətindəki Təbas kömür mədənində qaz partlayışında 30 nəfər ölüb, 17 nəfər yaralanıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Qızıl Aypara Cəmiyyətinin sədri bildirib.

Onun sözlərinə görə, 24 nəfərin axtarışları hələ də davm edir.

Xəsarət alan 17 nəfər xəstəxanaya yerləşdirilib.

Qəzaya "Mədənci" şirkəti tərəfindən idarə olunan mədənin B və C bloklarında metan qazının partlaması səbəb olub.

Partlayış zamanı bloklardakı işçilərin ümumi sayının 69 nəfər olduğu bildirilib.

Milli.Az


Etiketlər:  İranda kömür mədənində partlayış baş verib nəfər ölüb Yenilənib VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ