Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Sentyabr 2024 16:26
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 2022-ci ildə Ukrayna ilə bağlı danışıqların pozulmasında müəyyən lobbilərin günahkar olduğunu bildirib.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
"Bəzi lobbilər bu səylərin öz məqsədlərinə çatmasını istəmirdi. İstənilən halda biz müharibəni yeni dağıntılara yol vermədən bitirmək üçün mümkün olan hər şeyi edəcəyik", - Ərdoğan bildirib.
Onun sözlərinə görə, Ankara Rusiya-Ukrayna münaqişəsinin sülh yolu ilə həlli üçün səy göstərib və bu prosesdə İstanbulda aparılan danışıqlar mühüm rol oynayıb.