Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Kobaxidzenin Baydenin qəbulunda iştirakına icazə verilməyib

Kobaxidzenin Baydenin qəbulunda iştirakına icazə verilməyib

Tarix: 25 Sentyabr 2024 13:50

ABŞ Prezident Administrasiyası Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin ABŞ lideri Co Baydenin Nyu-Yorkda təşkil edəcəyi qəbula dəvətini ləğv edib. 

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, burada söhbət Nyu-Yorkda dünya liderləri və BMT məmurları üçün təşkil edilən ənənəvi qəbuldan gedir. 

Məlumata görə, bununla yanaşı, Bayden administrasiyası Gürcüstan nümayəndə heyəti və Kobaxidze ilə bütün görüşlərdən də imtina edib.

Xatırladaq ki, bir müddət əvvəl ABŞ Gürcüstanda "Xarici təsirin şəffaflığı haqqında" Qanunun qəbul edilməsi ilə əlaqədar olaraq rəsmi Tbilisiyə yardım proqramını dayandırıb.

Milli.Az


Etiketlər:  Kobaxidzenin Baydenin qəbulunda iştirakına icazə verilməyib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ