Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Valideynlər 2 aylıq körpəni 6 şüşə pivəyə dəyişdilər - FOTO

Valideynlər 2 aylıq körpəni 6 şüşə pivəyə dəyişdilər - FOTO

Tarix: 26 Sentyabr 2024 22:20

ABŞ-da cütlük iki aylıq körpəsini 6 butulka pivə qarşılığında tanımadığı şəxsə satmağa çalışıb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, Darien Urban və Şalin Ehlers bir nəfərə uşağı pivə ilə dəyişməyi təklif ediblər. Körpənin təhlükədə olduğunu anlayan kişi, cütlüyə 1000 dollar təklif edib.

Hadisə şahidləri bildiriblər ki, cütlük hətta uşağı verməkdən ötrü valideynlik hüququndan imtina edən müqavilə də imzalayıb. Şahidlər polisə zəng vurub, Urban və Ehlersi hadisə yerində saxlanılıb.

Məlum olub ki, Ehlers daha əvvəl körpəni bir gecəlik pivə ilə dəyişmək istəyi ilə başqa bir cütlüyə müraciət edib.

Cütlük uşağın rifahını təhlükəyə atmaqda ittiham olunur və onları həbs cəzası gözləyir.

Milli.Az


Etiketlər:  Valideynlər aylıq körpəni şüşə pivəyə dəyişdilər FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ