Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Meyxanaçı Kərimdən yeni xəbər: ''Vəziyyəti heç yaxşı deyil'' - FOTO

Meyxanaçı Kərimdən yeni xəbər: ''Vəziyyəti heç yaxşı deyil'' - FOTO

Tarix: 3 Oktyabr 2024 16:40

"Kərimin vəziyyəti heç yaxşı deyil. Eləcə quru nəfəsi gedib- gəlir".

Sonxeber.net bildirir ki, bunu lent.az-a meyxanaçı Kərimin dostu Ağamirzə deyib.

"Hərdən bir nəsə çıxır ağzından. Onu da ancaq ailəsi başa düşür. Heç kimi tanımır. Bu yaxınlarda getmişdim yanına. Heç gəldiyimi hiss etmədi.

Nə deyim, Allah köməyi olsun, yataq xəstəsi olmaq ağır dərddir. Xəstəyə baxana da zülmdü, xəstənin özünə də. Dərmansız dərddir Kəriminki", - o əlavə edib.

60 yaşlı  Kərim 2017-ci il martın 30-da beyinə qansızma diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Üç dəfə insult keçirən meyxanaçı paralel olaraq şəkər və təzyiq xəstəsidir.


Etiketlər:  Meyxanaçı Kərimdən yeni xəbər Vəziyyəti heç yaxşı deyil FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ