Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Oktyabr 2024 16:45
Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının maliyyələşdirilməsinə ayrılan vəsait 3 dəfədən çox azaldılıb.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Prezident İlham Əliyev "Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1028-VIQ nömrəli Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə" Fərmanında dəyişiklik edilməsi barədə Fərman imzalayıb.
Fərmanda Naxçıvanın sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının maliyyələşdirilməsi üçün ayrılan 249 milyon 100 min manat məbləğin 70 milyon manata endirilməsi bildirilib.,