Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

WhatsApp-dan istifadəçilərini sevindirəcək YENİLİK

WhatsApp-dan istifadəçilərini sevindirəcək YENİLİK

Tarix: 7 Oktyabr 2024 18:28

"WhatsApp" mesajlaşma platformasındə yeni funksiya təqdim ediləcək.

Milli.Az baku.ws-ə istinadən bildirir ki, bu barədə "WABetaInfo" portalı məlumat yayıb.

Bildirilir ki, istifadəçilərə şəxsi və qrup çatları üçün mövzular seçmək imkanı yaradılacaq. Dizayn tərtibatını həm bütün çatlar üçün, həm də ayrı-ayrılıqda hər bir çat üçün quraşdırmaq mümkün olacaq.

Bu yenilik sayəsində istifadəçilər şəxsi və iş çatları arasında daha asan keçid edəcəklər.

Messencerdə çatların tərtibatı üçün 22 mövzu və 22 rəng seçim imkanı təqdim olunacaq. Yeni funksiya iOS əməliyyat sistemi ilə işləyən cihazlarda tətbiqin beta versiyasında mövcud olacaq.

Milli.Az


Etiketlər:  WhatsApp istifadəçilərini sevindirəcək YENİLİK


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ