Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu ölkənin bəzi yerlərində dikdaban ayaqqabı geyinmək qadağandır

Bu ölkənin bəzi yerlərində dikdaban ayaqqabı geyinmək qadağandır

Tarix: 8 Oktyabr 2024 12:10

Yunanıstanın tarixi ərazilərində hündürdaban ayaqqabı geyinmək qadağandır.

Sonxeber.net lent.az-a istinadən bildirir ki, əsasən də xaricdən gələn və bu qadağadan xəbəri olmayan turistlər bəzən hündürdaban ayaqqabı ilə bağlı bu qadağanı təəccüblə qarşılayırlar. 

Yunanıstanda Akropol, Parthenon kimi bəzi tarixi və arxeoloji yerlərdə hündürdaban ayaqqabı geyinmək qadağandır.

Bu qadağanın məqsədi isə tarixi izləri qorumaqdır. Çünki bu cür ayaqqabılar qədim tikililərin zərif səthlərinə zərər verə bilər.  Xüsusilə mərmər döşəmələr hündürdaban ayaqqabıların təzyiqindən cızıla və ya qırıla bilər.

Buna görə də turistlərdən bu sahələri qorumaq üçün düz dabanlı ayaqqabı geyinmələri xahiş olunur.


Etiketlər:  ölkənin bəzi yerlərində dikdaban ayaqqabı geyinmək qadağandır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ