Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Yaxın Şərqdə vəziyyəti sabitləşdirməyin yeganə yolu budur”

“Yaxın Şərqdə vəziyyəti sabitləşdirməyin yeganə yolu budur”

Tarix: 10 Oktyabr 2024 06:48

İsrail və Yaponiyanın xarici işlər nazirləri İsrail Katz və Takeşi İvaya telefonla Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər.

Sonxeber.net qafqazinfo.az-a istinadən xəbər verir ki, Katz bu haqda "X" hesabında yazıb.

O, həmsöhbətinə İranın raket hücumu fonunda Tokionun dəstəyinə görə minnətdarlığını bildirib.

Katz İrana qarşı sanksiyaların sərtləşdirilməsinin vacibliyini qeyd edib:

"Mən İranın nüvə proqramını və terrorizmə dəstəyini dayandırmaq üçün ona qarşı sərt sanksiyaların tətbiqinin vacibliyini vurğuladım. Yaxın Şərqdə vəziyyəti sabitləşdirməyin və bütün sakinləri üçün iqtisadi inkişafı təmin etməyin yeganə yolu İrana qarşı qətiyyətli mövqe tutmaq və ona təzyiqləri artırmaqdır".


Etiketlər:  Yaxın Şərqdə vəziyyəti sabitləşdirməyin yeganə yolu budur


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ