Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Kadırov iki deputatı və senatoru HƏDƏLƏDİ: ''Günahsızlıqlarını sübut etməsələr...''

Kadırov iki deputatı və senatoru HƏDƏLƏDİ: ''Günahsızlıqlarını sübut etməsələr...''

Tarix: 10 Oktyabr 2024 13:36

Çeçenistan (Rusiya Federasiyası) rəhbəri Ramzan Kadırov Moskvada "Wildberries" ofisi yaxınlığında baş verən atışmadan sonra Dağıstandan olan senator Süleyman Kərimov və Rusiya Dövlət Dumasının iki deputatı Beqxan Baraxoyev və Rizvan Kurbanova qarşı qan qisası elan edib.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, o, öz "Telegram" kanalında vəziyyət barədə dəyərləndirmələrini paylaşıb.

Çeçenistan rəhbəri respublikanın təhlükəsizlik blokunun nümayəndələri ilə görüşü zamanı vurğulayıb ki, "Wildberries" ofisində baş verən insidentə milli çalar vermək və məişət münaqişəsinə görə insanları bir-birinə qarşı qoymaq olmaz.

"Əgər kiminsə kadırovçulara qarşı şikayəti varsa, o zaman şəxsən mənə bildirsinlər, çünki əsas kadırovçu mənəm", - deyə o bildirib.

"Wildberries" ətrafında baş verən hadisələrdən danışan Kadırov, həmçinin, Dağıstandan olan senator Süleyman Kərimov, parlamentarilər Beqxan Baraxoyev və Rizvan Kurbanovun da adını çəkib.

"Şahidlər var, adamlar var ki, onlara sifariş veriblər, soruşublar ki, siz bu sifarişi nə qədər qiymətə qəbul edə bilərsiniz (Çeçenistan rəhbərinin aradan qaldırılmasına görə - red.)", - deyə Kadırov qeyd edib.

O, tabeliyində olanlar qarşısında çeçen dilində danışıb və Kadırovun nitqinin bu hissəsinin tərcüməsini TASS nəşr edib.

"Əgər onlar əksini sübut etməsələr, mən Beqxan Baraxoyevə, Süleyman Kərimova, Rizvan Kurbanova qarşı rəsmi şəkildə qan düşmənçiliyi elan edirəm", - deyə o qeyd edib.


Etiketlər:  Kadırov deputatı senatoru HƏDƏLƏDİ Günahsızlıqlarını sübut etməsələr


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ