Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Tiktok yüzlərlə əməkdaşını süni intellektlə əvəzləyəcək

Tiktok yüzlərlə əməkdaşını süni intellektlə əvəzləyəcək

Tarix: 12 Oktyabr 2024 08:16

Tiktok sosial şəbəkəsi Malayziyada 500-ə yaxın əməkdaşını işdən çıxaracaq.

Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Bildirilib ki, həmin işçiləri süni intellekt əvəz edəcək.

İndi insanlar məzmuna daha az nəzarət edəcəklər. Bu funksiya avtomatlaşdırılmış sistemlərə köçürüləcək. Qadağan edilmiş məzmunun 80%-i indi süni intellekt tərəfindən silinəcək.

Yeni ixtisar dalğası noyabr ayına planlaşdırılır.


Etiketlər:  Tiktok yüzlərlə əməkdaşını süni intellektlə əvəzləyəcək


RƏYLƏR