Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ermənilər yalnız bu halda Qarabağa qayıda bilər - Xaçatryan

Ermənilər yalnız bu halda Qarabağa qayıda bilər - Xaçatryan

Tarix: 13 Oktyabr 2024 16:12

Ermənilərin Qarabağa qayıtmasından yalnız Azərbaycanla sülh əldə olunduqdan sonra danışmaq mümkün olacaq.

Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu sözləri Ermənistan Prezidenti Vaaqn Xaçatryan "Armenpress" və "Şant" telekanalına müsahibəsində deyib.

O qeyd edib ki, bu məsələyə real yanaşmaq lazımdır - qayıdışdan danışmazdan əvvəl ilk növbədə təhlükəsizlik məsələləri həll edilməlidir:

"Müxtəlif amillər var - təhlükəsizlik və Qarabağ ermənilərinə müəyyən şərtlər (çox güman ki, Azərbaycan vətəndaşları olmalarını nəzərdə tutur - red.) təqdim olunacaq".

Xaçaturyan əmindir ki, mövcud fikir ayrılıqlarına baxmayaraq, Azərbaycanla danışıqlar yolu ilə həllə nail olmaq olar. O qeyd edib ki, bu çətinliklər "irəliləməyə" mane olmamalıdır.

Xaçatryan Bakıda həbsdə olan cinayətkar erməni separatçı-terrorçular mövzusuna da toxunub, bu istiqamətdə fəal iş aparıldığını vurğulayıb. O, bu səylərin son nəticədə "uğur qazanacağına" əminliyini ifadə edib.


Etiketlər:  Ermənilər yalnız halda Qarabağa qayıda bilər Xaçatryan


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ