Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yaranı sağaldacaq məlhəm

Yaranı sağaldacaq məlhəm

Tarix: 14 Oktyabr 2024 01:03

Bəzən bilinən, bəzən isə bilinməyən səbəbdən bədəndə yaralar əmələ gəlir. Və ya yıxılırıq, əlimizi bıçaq kəsir. Bəzi hallarda isə yaralar gec sağalır, xoşagəlməz görüntü yaradır.

Sonxeber.net axşam.az-a istinadən bildirir ki, mütəxəssislər yaranı sağaltmaq üçün kefirdən istifadəni məsləhət görür. Bu zaman həm yara tez sağalacaq, həm də izi qalmayacaq. 

Bəs, onu necə istifadə etmək olar?

1 xörək qaşığı qovun tumuna 0,5 stəkan su töküb, 5 dəqiqə qaynadın. Soyuduqdan sonra sudan ½ stəkan götürüb, 1 stəkan kefirlə qarışdırın. Məlhəmə 1 çay qaşığı portağal və ya limon şirəsi əlavə etmək olar. Yaraları bu suya batırılmış pambıqla silin. Eyni zamanda ayaqları tez-tez şişənlər bu məlhəmdən gündə üç dəfə içsin. 

Bədənin zədələnmiş yerinə kefirlə kompres qoymaq yaranı tez sağaldır. O, ləkə əmələ gəlməsinin qarşısını alıb, qan yığılmasına imkan verməyəcək.


Etiketlər:  Yaranı sağaldacaq məlhəm


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ